Yuxarı

Sadə vətəndaşlarin Prezidentə məktubları

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhər sakini, 7-ci sinif şagirdi Murad Şirinov:

Biz məktəblilər Sizi çox sevirik, Sizdən daim valideyn qayğısı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə də çətinlik çəkirik.

Bizlərə göstərdiyiniz diqqətinizə görə Sizə təşəkkür edirik. Sizin qayğınıza cavab olaraq dərslərimizi yaxşı oxuyacağımıza, Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk.

Oğuz rayon sakini Elmir Cəfərov:

Hörmətli cənab Prezident.

Sizin sayənizdə Azərbaycan koronavirus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər gördü. Rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı.

Pandemiya vaxtında Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər.

Allah Sizi qorusun.

Laçından məcburi köçkün düşmüş Elçin Zeynalov:

Hörmətli cənab Prezident.

Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz.

Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas etdiniz.

Özünü güclü sayan dövlətlərin koronovirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda, Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfər qələbəsinə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Sizin sayənizdə tezliklə bu bəlaya qalib gələrək torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna əminik.

Bakıdan Nərmin Nəsirova:

Hörmətli cənab Prezident.

Biz məktəblilər Sizin “Evdə qal” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram.

Xankəndidən Vasif Allahverdiyev:

Bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında oldunuz və bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha isbat etdiniz. Bunun üçün Sizə minnətdarlığımı bildirirəm və əminliklə deyirəm ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz. Biz qarabağlılar torpaqlarımızın düşmən işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin.

Gəncədən Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Aydın Murovdağlı:

Möhtərəm cənab Prezident.

Bəşəriyyətin 21-ci yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, hər bir super gücə malik olan dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq, millətinin, xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisinə, ölkə vətəndaşlarının qarantına, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam.

Siz bütün dəyərlərə yiyələnən, özü haqqında həmişə yüksək fikir formalaşdırmağa nail olan, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik Lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizdən ötrü bütün maddi dəyərlərdən üstündür. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Ancaq xalqın sevgisindən, məhəbbətindən böyük mükafat dünyada yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz.

Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var.

Ulu Tanrı Sizi Qorusun. Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev.

Qəbələdən İvan Şabanov və Elnarə Şərifova:

Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı gördüyünüz işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı.

Qabaqlayıcı tədbirlərə, həmçinin işləməyən şəxslərə 190 manat birdəfəlik ödənişin verilməsinə, aztəminatlı ailələrə isə ərzaq yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq.

Biz Sizinlə fəxr edirik. Allahdan Sizə cansağlığı diləyirik. Əminik ki, Sizin sayənizdə Qarabağımız da tezliklə işğaldan azad olunacaqdır.

Balakəndən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Balakən rayon şöbəsinin üzvləri adından A.Abdullayev və başqaları:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətimiz güclənməklə yanaşı, öz müsbət imicini gündən-günə daha da artırır. Planetimizə qatı duman kimi çökən koronavirusla mübarizə tədbirlərinin səmərəli təşkili və məqsədyönlü fəaliyyətiniz bu istiqamətdə növbəti addım oldu. Bu işləri biz zabitlər də yüksək qiymətləndiririk. Hər bir göstəriş və çıxışlarınız alqışlayırıq.

Siz hər bir vətəndaşa doğma və dayaq olduğunuzu bir daha sübut etdiniz. Siz xalqımızın sağlamlığı naminə ölüm kabusu ilə çarpışan həkimlərimizin əməyinə layiqli qiymət verdiniz. Siz, eyni zamanda, ordumuzun güclənməsi, ehtiyatda olan veteranların və əlillərin, şəhid ailələrinin sosial ehtiyaclarının həlli üçün çox çalışırsınız. Biz Sizinlə birgə koronavirus, eləcə də torpaqlarımıza soxulan erməni virusu üzərində parlaq qələbə qazanacağıq.

Möhtərəm Ali Baş Komandan, Sizə bu çətin anlarda böyük iradə və möhkəm cansağlığı arzulayırıq.

Tarix
2020.05.21 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla