Yuxarı

Prezident bununla tarixçilərə dərs keçdi - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev ötən gün qaçqınlarla görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çətinliklə olsa da gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, müstəqilliyin formal olması, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib.

Komitə sədri əlavə edib ki, cənab Prezident müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib:

“Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı”.

Vitse-spikeri xatırladıb ki, Ulu öndər Heydər Əliyev hələ 80-ci illərin sonunda, Sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı:

“Bu gün Azərbaycan tarixdə heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər də bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif ediməsinə heç bir ehtiyac yoxdur”.

Zəruri qeyd: Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Üçrəngli bayraq 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə (Azadlıq meydanında başlayan oturaq mitinqin ildönümündə; hazırda Milli Dirçəliş Günü kimi qeyd edilir) Naxçıvan Ali Məclisində qaldırılıb.

Tarix
2020.05.31 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla