Yuxarı

İrəvan buna mane olmağa çalışır - XİN rəhbəri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan buna mane olmağa çalışır - XİN rəhbəri

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibi və Aİ-nin ali nümayəndəsi Cozep Borelin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin video-telekonfrans görüşündə çıxıışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün dünyanın COVID-lə mübarizəyə səfərbər olunduğu dövrdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir: "Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan "Şərq Tərəfdaşlığı"nın sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir".

"Aİ Şurasını sonuncu Yekunlar sənədində bəyan edildiyi kimi, "Şərq Tərəfdaşlığı"nın fundamental əsasları qaydalara əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı bölüşülən öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində Aİ ilə həmrəyik", - nazir deyib.

Tarix
2020.06.11 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkek arasında mühüm fond: 200 milyon dollar...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla