Yuxarı

Sərkisyanın Türkiyə sərhədində və Qarabağda bəyanatı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyanın hazırkı pandemiya şəraitində təcili Qarabağa gəlməsi və burada görüşlər keçirməsinin anlamı budur: İrəvan faktiki olaraq danışıqlar prosesinə hörmət etmir, beynəlxalq hüququ isə tanımır.

Bu sözləri Axar.az-a açıqlamasında BDU-in Erməni Araşdırmaları Elmi Tədqiqat və tədris mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Armen Sərkisyanın dünən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə gəlməsi, Xankəndidə qondarma rejimin separatçı rəhbəri Araik Arutyunyanla görüşməsi haqda danışarkən deyib. İ.Tanrıverdi vurğulayıb ki, Sərkisyan bu səfərlə niyyətini ortaya qoydu:

“Armen Sərkisyan jurnalistlərə açıqlamasında Qarabağ məsələsinin “güclü Qarabağ” qurmaqdan başqa həllinin olmadığını deyib. Bu, faktiki olaraq danışıqlar prosesinin Ermənistan üçün nə mənaya gəldiyini bir daha sübut edir. Yəni “bizə güclənmək üçün vaxt lazımdır, danışıqlar prosesi də bu vaxtı bizə qazandırır”. Bu gün Ermənistan daxilində fikir ayrılıqları olsa da, xarici siyasətdə vahid cəbhədən çıxış edirlər. Bunun sübutu odur ki, Araik Arutyunyan Sərkisyanla görüşündən öncə Ermənistanın keçmiş Müdafiə naziri, hazırkı hökumətə elə də xoş münasibət bəsləməyən Seyran Ohanyanla görüşərək, onu özünün dostu adlandırdı”.

İ.Tanrıverdinin sözlərinə görə, Ermənistan nəinki işğal altındakı torpaqları azad etmək istəyir, əksinə, Azərbaycan və Türkiyəyə yeni ərazi iddiaları səsləndirir:

“Heç kəsə sirr deyil ki, Ermənistan bu gün Naxçıvan, hətta Goranboyun işğal planlarını hazırlayır. Bu barədə dəfələrlə erməni mediasında xəbərlər çıxıb. Mən bu xəbərləri izləyirəm və bu, düşmənin iç üzünü açır. Digər bir maraqlı məqam isə Qarabağ səfərindən bir müddət öncə Armen Sərkisyanın Ermənistanın Türkiyə ilə sərhədinə səfəri oldu, o, burada qədim Ani şəhərinin xarabalıqları yaxınlığında şəkil çəkdirərək, “qədim erməni torpaqları”ndan ayrıldıqlarını, lakin bu torpaqların da “bir gün Ermənistanının ərazisi olacağı” fonunda açıqlama verdi. Göründüyü kimi, ermənilər xülyalarını heç zaman unutmur, illər keçsə də, bu ideya ilə yaşayırlar. Bu mənada belə bir millətlə danışıqların heç bir faydası yoxdur".

Tarix
2020.07.11 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla