Yuxarı

Ermənilər Tovuzla sərhədə ağır artilleriya yeridir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:54

Tovuzdakı hərbi avantüra ilə Ermənistan çalışır ki, Ermənistan-Azərbaycan konfliktinə özünün üzv olduğu hərbi-siyasi təşkilatı cəlb etsin və Azərbaycana qarşı aqressiya və işğal məsuliyyətindən qaçsın.

Axar.az xəbər verir ki, bunu "Lenta.ru"ya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, İrəvanın fəaliyyətinin onun üzv olduğu beynəlxalq təşkilatların sənədlərinə zidd olduğunu bildirib.

H.Hacızadə 12 iyulda Ermənistan tərəfindən Tovuzla sərhədə ağır hərbi texnika gətirildiyinin müşahidə etdiyini söyləyib:

"Biz bunu artilleriya qurğularından istifadə etməklə hücumun əvvəldən hazırlanmasına dair sübut kimi dəyərləndiririk. Bununla belə erməni tərəfi heç nə işğal edə bilmədi. Bakı həmişə provokasiyanın qarşısını almağa və bu tip insidentləri neytrallaşdırmağa hazırdır".

Prezidentin köməkçisi tərəflər arasında savaşın hər zaman gözlənilən olduğunu bildirib:

"Azərbaycan və Ermənistan arasında ciddi konflikt Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsindən bu yana - 30 ildir davam edir. Bizim ordularımız orada üz-üzə dayanırlar. Bütün bunlar I və II Dünya savaşlarının ssenarilərini xatırladır. İstənilən an toqquşma gözləniləndir. Provokasiyaları gözləyib gözləməməyi erməni tərəfindən soruşmaq lazımdır, axı onlar Azərbaycan torpaqlarını işğal ediblər".

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb:

"Beynəlxalq ictamaiyyət, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkə sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır və bu, artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına qayıda bilmir".

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb, habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Tarix
2020.07.14 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla