Yuxarı

Çavuşoğlu yeni XİN başçımız ilə nələrdən danışdı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.

Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.

Tarix
2020.07.16 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla