Yuxarı

Gürcülərin rəyi: Saakaşvili və Bakı... – Sorğu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan əhalisinin 52%-i Bidzina İvanişvilinin fəaliyyətini neqativ dəyərləndirir.

Axar.az xəbər verir ki, bu nəticə “Edison Risöç” saytının keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Baş nazir Georgi Qaxariyanın fəaliyyətini əhalinin 35%-i neqativ, 65%-i pozitiv, Tiflis meri Kaxa Kaladzeni 45%-i neqativ, 55%-i pozitiv, Müdafiə naziri İrakli Qaribaşvilini 55% neqativ, 45% pozitiv olaraq dəyərləndirib.

Sorğu iştirakçılarının 59%-i parlamentdə yeni partiya və ya digər partiyaların koalisiyasını görmək istədiklərini bildirib. 41% Gürcü Arzusunu hakim partiya kimi dəstəklədiyini açıqlayıb.

Müxalifətin parlament seçkisində qalib gələcəyi təqdirdə ölkənin gələcəyinin yaxşı olacağını düşünənlər əhalinin 56%-ni təşkil edib.

Sorğu iştirakçıları ən çox güvəndikləri partiyaların adını da açıqlayıblar. Siyahıya 36% səslə Yeni Gürcüstan Naminə Hərəkat rəhbərlik edib. Ondan sonrakı yerdə Avropa Gürcüstanı Partiyası (35%), Leyborist Partiyası (33%), Gürcü Arzusu Partiyası (33%), Vahid Milli Hərəkat Partiyası (29%), Vətənpərvərlər Alyansı Partiyası (29%), Lelo Partiyası (27%) və digərləri qərarlaşıb.

Gürcülərə görə, Saakaşvili dönəmində ölkədə vəziyyət hazırkı hakimiyyətdən daha yaxşı olub. Bu fikri müdafiə edənlər əhalinin 76%-ni təşkil edib. Gürcülər xarici dövlət sırasında ən çox Ukraynaya (93%) güvəndiklərini açıqlayıblar. Ondan sonrakı yerdə ABŞ (92%), Britaniya (90%), İsrail (85%), Türkiyə (74%), Azərbaycan (73%), Ermənistan (68%), İran (56%), Rusiya (28%) qərarlaşıb.

Əhalinin 92%-i Avropa Birliyi və NATO-ya inandığını bildirib.

Tarix
2020.07.17 / 13:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla