Yuxarı

Şok təfərrüat: İrəvan onları Qarabağa bu cür gətirib - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok təfərrüat: İrəvan onları Qarabağa bu cür gətirib - Video

09:50

Ermənistan İraq təşkilatlarının liderləri ilə cari ilin yayında razılaşma imzalayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Haqqin.az” saytı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, razılaşmanı Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan hazırladıb. Müqaviləyə əsasən, Dağlıq Qarabağda PKK terror təşkilatının döyüşçüləri yerləşdirilməlidir.

Sayt Poladyanın bunun üçün dəfələrlə İraq Kürd Muxtar Vilayətinə getdiyini bilidirib. İyul ayındakı səfərlərdən biri zamanı isə muxtar vilayətin rəhbəri Nəçirvan Bərzaninin göstərişi ilə onun müşavirləri kürd döyüşçülərinin Qarabağa yollamaq üçün kanal yaratmağa kömək edə bilməyəcəklərini açıqlayıblar. Ərbildən istədiyini ala bilməyən səfir PKK-nın dayağı sayılan Süleymaniyyəyə gedib. Burada ona İrandan keçərək İraqa gələn erməni xüsusi xidmət orqanları və hərbi kəşfiyyatının nümayəndələri qoşulublar.

Poladyan burada Bərzaninin rəqibi sayılan və Türkiyəyə düşmən münasibətiylə seçilən Cəlal Təlabaninin Kürdistan Vətənpərvərlər İttifaqı ilə əlaqələr qurmağı bacarıb. Rusiya ilə yaxşı münasibətləri olan partiya sayəsində səfir PKK ilə ünsiyyət yaradıb. Bu əlaqələrin qurulmağında səfirə Rusiya universitetlərindən birinin məzunu olan, Cəlal Təlabaninin qohumu Araz Şeyx Cəngi Təlabani kömək edib.

Təlabanilərlə aparılan danışıqlardan sonra Poladyan iyulun sonu Süleymaniyyədəki “High Crest” otelində erməni deputatlarla Təlabani klanının görüşünü təşkil edib. Görüşdə Cəlal Təlabaninin oğlu Bafel Təlabani, Kürd Kəşfiyyat Xidməti “Zanyari”nin rəhbəri Laxur Şeyx Cəngi Təlabaninin (SEPAH-la əlaqələri olduğu güman edilir) də iştirak etdiyi vurğulanıb. PKK döyüşçülərinin Qarabağa göndərilməsi məsələsində razılıq əldə edilməsindən sonra erməni deputatlar İraqı tərk ediblər, amma Ermənistan əvəzinə İrana gediblər.

Bundan sonra İraqın şimalındakı PKK döyüşçüləri Süleymaniyyədən Qala-Çivan, Pəncivin, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrini keçərək, İraq-İran sərhədindəki Seyran-Band şəhərinə gəliblər. Sərhədi keçən döyüşçülər İranın Saqqiz yaşayış məntəqəsinə çatıblar. Buradan isə SEPAH-ın vasitəçiliyi ilə avtobuslara mindirilərək, Kirmanşahdan keçməklə Ermənistan və Qarabağ istiqamətində yola salınıblar.

Bəzi mənbələr bu kürd döyüşçülərinin sayının bir neçə min nəfər olduğunu açıqlayıblar.

Tarix
2020.09.18 / 12:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla