Yuxarı

Əliyev BMT-də gündəmə gətirdi: Əməliyyat başlasa...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud gərginlik fonunda ölkəmiz hərbi əməliyyatlara başlasa, Ermənistan BMT və ya digər bir quruma şikayət edə bilməyəcək. Çünki Azərbaycan torpaqlarının işğala məruz qalması BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrində öz əksini tapıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında bu məsələni bir daha gündəmə gətirməsi olduqca vacibdir.

Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri açıq şəkildə işğalçının kim olduğunu göstərir:

“Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üçün yenilənmiş zaman qrafiki tərtib edilməli olduğunu bildirdi. Düşünürəm, bu, haqlı və yerində bir tələbdir. Çünki BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir.

BMT-in nizamnaməsi müxtəlif fəsillərdən ibarətdir. 7-ci fəslin adı belə gedir: Beynəlxalq sülhün təhlükəyə düşməsi. 7-ci fəslə görə qəbul edilən qətnamələr məcburi icra gücünə sahibdir. Yəni bu fəsil üzrə qəbul edilən qətnamələr əgər yerinə yetirilməzsə, BMT üzv ölkələr ilə birlikdə qətnamələrin hərbi yolla icrasını reallaşdıra bilər. Misal üçün 1980-1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdı ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş, sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdi. Bu istiqamətdə müvafiq qətnamə də qəbul edilmişdi. Lakin rəsmi Bağdadın qətnaməni tanımaması və riayət etməməsi nəticəsində yanvarın 16-dan 17-nə keçən gecə şərti adı "Səhrada tufan" əməliyyatı ilə tərkibi, əsasən, ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi kontingent Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başladı.

Bu gün Ermənistan da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmir. Lakin təəssüf ki, BMT bu qətnamələrin icra olunmamasına görə hərbi müdaxilə variantına əl ata bilməz. Çünki Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilən 4 qətnamə BMT nizamnaməsinin 6-cı fəslinə görə qəbul edilib. Yəni bizim qətnamələr güc tədbiq edilən qətnamələr deyil.

Lakin bunun da özünəxas üstünlükləri var. Birincisi, qətnamə Azərbaycan torpaqlarının işğala məruz qalmasını təsdiqləyir. Yəni ermənilər heç vaxt deyə bilməyəcək ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Bundan 30, 40, 50 il sonra belə Ermənistanın bu torpaqlar üzərində hüquqi haqqı tanınmayacaq”.

Tarix
2020.09.25 / 14:29
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla