Yuxarı

Qarabağın işğalı faktdır, müzakirə mövzusu deyil - Miskoviç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın işğalı faktdır, müzakirə mövzusu deyil - Miskoviç

Dağlıq Qarabağın qanunsuz işğal edilməsi və geri qaytarılması lazım olduğu faktdır, müzakirə mövzusu deyil.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi araşdırmalar və diplomatik yayımların direktoru Damjan Krnjeviç Miskoviç Azərbaycan-Ermənistan münaqişəsi və hərbi əməliyyatları şərh edərkən deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in birbaşa münaqişə ilə bağlı sənədləri bütün böyük güclərin rəsmi mövqelərini açıq şəkildə göstərir:

“Azərbaycan Ermənistan tərəfinin təxribatına əks-hücumla cavab verdi. Aydındır ki, Azərbaycan bu vəziyyətə hazır idi: çünki Azərbaycanın əks-hücumu bir anda verilən reaksiya deyildi. Lakin Azərbaycanın bu addımında heç bir səhv yoxdur: ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqları çərçivəsində davrandı. Azərbaycan hərbi potensialının davamlı şəkildə yaxşılaşdırılmasını təmin etmək üçün əziyyət çəkdi və Türkiyənin güclü, faktiki olaraq qeyd-şərtsiz dəstəyini aldı. Bu da digər geosiyasi aktorların Azərbaycana nəticəsiz danışıqlara davam etməsi üçün hədsiz təzyiq göstərməsini çətinləşdirdi. Ancaq yenə də İrəvanın danışıqları yolu ilə işğalı sonlandırmaq istəmədiyi bariz və qəti olaraq aydındır. Bu əsas məqamdır”.

Onun sözlərinə görə, münaqişənin nəticəsi bu torpaqların İrəvan tərəfindən hərbi işğalına son qoyulmasını və yüz minlərlə azərbaycanlı mülki şəxsin evlərinə qayıtmasını tələb edir:

“Bu münaqişədə təkcə Ermənistanı qınamaq da düzgün deyil. Vasitəçilər - Minsk Qrupunun həmsədrləri (Rusiya, Fransa, ABŞ) da günahkardırlar: 1992-ci ildə başlanan, mahiyyət etibarilə heç bir konkret nəticə verməyən rəsmi danışıqlar prosesi də bu işdə məsuliyyət daşıyır”, – deyə o bildirib.

Tarix
2020.10.10 / 09:00
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla