Yuxarı

Ekspertdən bu ölkələrə çağırış: Hardasınız, əziz qardaşlar?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan faşist Ermənistana qarşı Vətən müharibəsi apardığı çətin anlarda Xəzərin o tayındakı qardaş türk xalqlarının doğma səsini eşitmir.

Axar.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsinin iştirakçısı, siyasi ekspert Elxan Ələsgərov deyib.

Ekspert ölkəmizin bu çətin anlarında TÜRKSOY təşkilatının səssiz qaldığını dilə gətirib:

“Bizə dünyanın hər yerindən qardaşlarımız və yaxın qonşularımız Türkiyə, Pakistan, Özbəkistan, Əfqanıstan, Gürcüstan, İran, Macarıstan, Moskva, Dağıstan, Tatarıstan, Başqırdıstan, hətta Rusiyadan dəstək oldular. Lakin Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan dəstək səsləri eşitmirik. Hətta yaradılmasına böyük sərmayə yatırdığımız TÜRKSOY təşkilatı belə kənarda qaldı. Siz haradasınız, əziz qardaşlar? Nədən və kimdən qorxursunuz? Türk və islam sivilizasiyasının mərkəzlərindən biri olan qədim Gəncə şəhərinin dinc sakinlərini ballistik raketlərlə məhv etməyə çalışanlardan? Azərbaycan xalqı kənar dəstək olmadan da düşməni məğlub edəcək. Bəs sonra bir-birimizin gözünə necə baxacağıq?”

Tarix
2020.10.13 / 10:44
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla