Yuxarı

Azərbaycan Vətən müharibəsi aparır – Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ermənistanın son təxribatlarına dair mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, bu barədə Küveytin "Dasman News" agentliyi xəbər yayıb.

Səfir Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycanın işğal olunmuş ərazilərinin bütövlüyünü və suverenliyini bərpa etmək üçün apardığı hərbi əməliyyatlar barədə məlumat verib.

O, diqqətə çatdırıb ki, Ermənistan ordusunun sentyabrın 27-də beynəlxalq hüquq qaydalarını pozaraq Azərbaycanın yaşayış məntəqələrini və hərbi sahələrini atəşə tutması nəticəsində mülki şəxslər və əsgərlər arasında ölən və yaralananlar olub və buna cavab olaraq Azərbaycan Ordusu əks hücum əməliyyatına başlayıb.

Səfir Azərbaycan cəmiyyətinin tam birlik nümayiş etdirirək, Vətən Müharibəsi aparıldığını deyib, bütün siyasi təşkilatların hökumətə, Ali Baş Komandana dəstək verdiyini açıqlayıb.

O, mətbuat konfransında bugünədək işğaldan azad edilən ərazilərimiz barədə informasiya verib, habelə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını və əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini, yaşayış və dövlət obyektlərini, məktəbləri, bağçaları bombalamaqda davam etdiyi diqqətə çatdırıb.

Qarabağda Azərbaycan tərəfdən guya muzdluların döyüşməsi iddialarının əsassız olduğunu deyən diplomat bəzi media orqanlarının yalan və qərəzli xəbərləri yaymasının yolverilməzliyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün vətən müharibəsi aparır və başqa bir ölkənin torpaqlarında heç bir gözümüz və iddiamız yoxdur və əminik ki, haqlı işimizdə qalib gələcəyik”.

Tarix
2020.10.15 / 13:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla