Yuxarı

Əks-hücum əməliyyatlarının günahkarı... - Fransalı ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əks-hücum əməliyyatlarının günahkarı... - Fransalı ekspert

Bu gün Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarında həyata keçirdiyi əks-hücum əməliyyatlarının yeganə günahkarı Ermənistandır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib.

O, son 30 ildə Ermənistanın Dağlıq Qarabağda sülhün bərpa olunmasında maraqlı olmadığını nümayiş etdirdiyini və Azərbaycana qarşı təxribat xarakterli əməllərə durmadan əl atdığını deyib:

“Ermənistan elan edir ki, Dağlıq Qarabağ onun ərazisidir. Suriyadan və digər ölkələrdən erməni mənşəli ailələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Dağlıq Qarabağın 80 faizi Ermənistan tərəfindən maliyyələşdirilir. Bütün bunlar hamısı Ermənistanın təxribat əməlləridir. Ermənistan rəhbərliyi açıq-aydın bəyan edib ki, Dağlıq Qarabağ Ermənistana məxsusdur. Dağlıq Qarabağın Ermənistanın ərazisi olduğunu iddia etmək Azərbaycana müharibə elan etmək deməkdir”.

N.Asas vurğulayıb ki, bu ilin iyun ayından Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edir:

“Ancaq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə və ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, iyun ayından bəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə etməyib. Bu gün artıq hərbi əməliyyatlar başlayıb və vəziyyət gündən-günə pisləşir. Azərbaycan sadəcə özünü müdafiə edir”.

Tarix
2020.10.16 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla