Yuxarı

Hacıyev dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Axar.az xəbər verir ki, Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat vermiş və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezident köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləmiş, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulanıb.

Habelə, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləuib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Tarix
2020.10.17 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla