Yuxarı

Bu, Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs barədə razılaşma əldə edilməsinə baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutuldu. Gəncədə hərbi hədəf yox idi. Sadəcə, ermənilər bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutdular.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub. Onlar Gəncədə böyük vəhşilik törədiblər. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirsə də, xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşkəs barədə razılaşmaya baxmayaraq, Ermənistan öz xislətini göstərdi və yenidən mülki əhalimizi atəşə tutdu. Bu, Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərir.

Tarix
2020.10.19 / 16:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla