Yuxarı

Bu ölkə Bakı və Ankaranın müdafiəsinə qalxdı - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə Bakı və Ankaranın müdafiəsinə qalxdı - Şərh

Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən bütün sanksiya təkliflərinə veto qoyması təqdirəlayiq addımdır. Bu gün bənzər davranışı türk və müsəlman ölkələrindən də görmək istərdik.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Macarıstanın Avropa Birliyində Türkiyə və Azərbaycana qarşı təklif edilən bütün sanksiya təkliflərinə veto qoyması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı əks-hücum əməliyyatı bu gün də uğurla davam edir. Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar təbii olaraq erməni tərəfini qorxuya salır. Xüsusilə bu istiqamətdə erməni diasporu və lobbisi xarici ölkələrdə fəal antitəbliğat və qarayaxma kampaniyası yeridir.

Xüsusilə Türkiyənin Azərbaycana açıq şəkildə dəstəyini ifadə etməsi başda Fransa olmaqla, bəzi ölkələri qane etmir. Belə bir vaxtda Macarıstanın Avropa İttifaqında Türkiyə və Azərbaycana qarşı sanksiya təkliflərinə veto qoyacağını açıqlaması həm Fransanın, həm də erməni diasporunun məkrli siyasətinə böyük zərbə vurdu.

Macarıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) müşahidəçi qismində iştirak edən üzvüdür. Maraqlı məqam isə odur ki, Macarıstan təşkilatın tamhüquqlu üzvü olan türk ölkələrindən daha ciddi həmrəylik nümayiş etdirir. Hər zaman Türkiyə və Azərbaycana dəstək olur. Bu mənada Macarıstan TDƏŞ-in tamhüquqlu üzvü olmaq haqqı qazanıb”.

Tarix
2020.10.21 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla