Yuxarı

Prezident: 17 ildir prosesin içindəyəm, Paşinyana qədər...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: 17 ildir prosesin içindəyəm, Paşinyana qədər...

Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

“Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar”, - Prezident qeyd edib.

Tarix
2020.10.24 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla