Yuxarı

"Dünyanın buna göz yumması ilə barışmayacağıq"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dünyanın buna göz yumması ilə barışmayacağıq"

Azərbaycanı insan haqlarının pozulması, repressiya, siyasi məhbuslar barədə ittiham edən, sözdə humanitar insan haqları təşkilatları bu gün Bərdədə həlak olan, yaralanan mülki şəxslər barədə nədənsə susur. Bərdədə həlak olanlar uşaqlar, dinc sakinlərdir. Lakin dünya gözərini bu həqiqətə yumur.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu erməni ordusunun Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində mülki şəxslərin həyatını itirməsinə baxmayaraq, Aİ, AŞ, “Freedom house”, “Amnesty İnternational” və digər humanitar və beynəlxalq təşkilatların səssiz qalması haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan ordusunun Bərdə şəhərinə ikinci dəfə raket zərbələri endirməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Lakin Gəncə hadisələrində olduğu kimi, yenə Aİ, AŞ, “Freedom house”, “Amnesty İnternational” və digər humanitar və beynəlxalq təşkilatlar məsələdə səssiz qalmaqla bir daha əsl üzlərini göstəmiş oldular. Mənim artıq bu təşkilatlara heç bir inamım qalmayıb. Çünki “Freedom house”, “Amnesty İnternational” və digər humanitar və beynəlxaq təşkilatlar dəfələrlə Azərbaycan əleyhində əsassız iddialar ilə çıxış edərək guya bizdə insan haqlarının pozulduğunu iddia edib. Lakin bu gün Gəncədə, Bərdədə baş verən hadisə barəsində nədənsə bir cümlə belə demək istəmir.

Biz bununla belə səfirliklərə lazımi məlumatı vermişik. Bərdədə baş verən hadisəyə dünyanın gözünü yumması ilə barışmayacağıq”.

Tarix
2020.10.30 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla