Yuxarı

AŞ PA-nın komitə sədri Bərdədən danışdı: Fəlakətdir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞ PA-nın komitə sədri Bərdədən danışdı: Fəlakətdir!

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, komitə sədri mülki bölgələrə raket zərbələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

“Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir", - deyən Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib.

O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik etmişdir.

Əlavə edək ki, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib. Bəyanatla bu linkdə tanış ola bilərsiniz.

Tarix
2020.10.30 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla