Yuxarı

Ordumuzun uğuru və Fransa Senatının qətnaməsi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun uğuru və Fransa Senatının qətnaməsi...

10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya Federasiyası prezidentinin imzaladığı Bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir və bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur.

Yaranmış yeni vəziyyətdə digər dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə, münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir və dözülməzdir. Senatın qərarı heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökumətinə təqdim olunacaq. Fransa hökuməti öz növbətində məlum qərara münasibətini açıqlamalıdır. Hökumətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda Fransa Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökumət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı həm də onun ATƏT-in Minsk Qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq.

10 noyabr tarixində qəbul olunmuş Bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu onun suveren hüququdur. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq, ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilər. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökumətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz.

Qarabağ Azərbaycandır!

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

Tarix
2020.11.26 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla