Yuxarı

Qargisyan: Nikol istefa verməli, ağır vəziyyətdən çıxmalıyıq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qargisyan: Nikol istefa verməli, ağır vəziyyətdən çıxmalıyıq

Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətini etiraf etmək əvəzinə, hamını günahlandırır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, İşıqlı Ermənistan Partiyasının sədri Gevorq Qargisyan deyib.

Parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən G.Qargisyan istehza ilə bildirib ki, N.Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır. Yalnız bir nəfər günahkar deyil, o da N.Paşinyanın özüdür:

"Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar Baş nazir Paşinyandır".

Deputat bildirib ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır. Lakin o, müdriklik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir.

Tarix
2020.11.26 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla