Yuxarı

Dünya savaşından sonra bunu ilk dəfə Əliyev etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası ölkəmizin beynəlxalq arenada nüfuzundan və bu ümumbəşəri problemə qarşı göstərdiyi həssaslıqdan xəbər verir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri haqda danışarkən deyib.

O bildirib ki, COVİD-19 günü-gündən artır və bu problem dünya ölkələrinin gündəmindən düşməməlidir:

“COVİD-19 dünyada indiyə kimi 1.3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Rəqəmlər hər gün artır. Bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi önəm daşıyır.

Azərbaycan Prezidenti bu məsələyə ilk reaksiya verən ölkə başçılarındadır. Vaxtilə virus hələ pandemiya halını almadan ölkə başçısı məsələnin aktuallığını dünya ölkələrinə çatdırmışdı. Türk Şurasının və Qoşulmama Hərəkatının aprel və may aylarında dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantıları keçirildi. Türk Şurasının zirvə görüşü dövlət və hökumət başçıları səviyyəsində onlayn formatda keçirilmiş ilk tədbir oldu. Bununla da Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı”.

Politoloq bildirib ki, İkinci Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan COVİD-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu:

“Bununla Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü. Bu isə Azərbaycanın “orta güc” olduğunu sübut edir. Bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər”.

Tarix
2020.12.03 / 16:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla