Yuxarı

Duqin: Paşinyanın bu savaşda gördüyü ən yaxşı iş budur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Duqin: Paşinyanın bu savaşda gördüyü ən yaxşı iş budur

Qarabağ bəyanatı Ermənistan üçün tam məğlubiyyətdir. Bu, həm də onun siyasətinin tam məğlubiyyətidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı filosof Aleksandr Duqin “Moskva-Bakı” portalına müsahibəsində deyib. O, Paşinyanın erməni millətçiliyi üçün fəlakətə çevrildiyini bildirib:

“Rusiyaya meydan oxumaq və özbaşına ələ keçirməyin mümkünsüz olduğu şeyi işğal etməyə cəhd etməklə yalnız əlində olanları itirmək olar. Bu, artıq postsovet məkanının qanunudur. Rusiyanın mövqeyinə hörmət edənlər, onunla hesablaşanlar öz istəklərinə çatır və lazım olanı alırlar. Rusiyanın maraqlarına məhəl qoymayanlar hər şeyi itirirlər”, – deyə o bildirib.

Duqinin fikrincə, Qarabağ Bəyanatına imza atmaqla Paşinyan həm də Qarabağ dalanının bütün həll olunmayan problemlərini üzərinə götürmüş oldu:

“O, indi Ermənistan, Azərbaycan və Rusiya üçün ən qəbul olunan siyasətçiyə çevrilib. Bəli, o, müharibəni uduzub, o, Rusiya ilə münasibətləri pis günə qoyub, Avrasiya kontekstində özünü təcrid olunana çevirib. Qərb onu çətin situasiyada, həmişə etdiyi kimi, atdı. Ona görə də Paşinyan Ermənistan üçün hər şeyi uduzdu. O, Sorosla dostluğa görə, absurd siyasətinə görə kifayət qədər cəzalandırılıb”.

Duqin Paşinyanın gördüyü ən müsbət işin Qarabağ Bəyanatına imza atmaq olduğunu bildirib. Bununla belə Duqin Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi halda Qarabağda savaşın yenidən başlaya biləcəyini söyləyib:

“Ermənistan və Azərbaycan arasındakı qarşıdurma artıq keçmişə gedir. Rəsmi İrəvanın dediklərinin artıq heç bir əhəmiyyəti yoxdur. Əsas olan hər şey edilib, insanlar bununla barışmalıdır”.

Tarix
2020.12.04 / 15:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla