Yuxarı

Çinə səfər edənlərin diqqətinə: Böyük cərimə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinə səfər edənlərin diqqətinə: Böyük cərimə...

Sentyabrın 15-dən etibarən Çinə giriş-çıxışla bağlı yenilənmiş qaydalar qüvvəyə minib. Yeni reqlament dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə yeni məhdudiyyət tətbiq edir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının müvafiq fərmanı ölkəyə gələn və gedən şəxslərin qanuni hüquq və mənafelərinin qorunması, habelə milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının təmin edilməsi üçün qəbul olunub.

Sənədə əsasən, Çin hökuməti müəyyən ölkələrə və regionlara səfər edərkən yarana biləcək risklər barədə xəbərdarlıqlar dərc edəcək. Həm Çin vətəndaşları, həm də onların çıxış sənədlərinə baxan dövlət qurumları bu xəbərdarlıqları rəhbər tutmalıdırlar. Xaricdəki vəziyyət orada baş verən hadisələr, o cümlədən ehtimal olunan silahlı münaqişələr, təbii fəlakətlər, texnogen qəzalar və yoluxucu xəstəliklərin yayılması əsasında qiymətləndiriləcək.

Ehtiyac yarandıqda miqrasiya orqanları ÇXR və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədi barədə əlavə sənədlər tələb edə biləcəklər. Yanlış məlumat verildiyi təqdirdə, hakimiyyət orqanları onların ölkədən çıxışına qadağa qoya bilər. Bundan əlavə, yeni fərmana əsasən, əgər Çin vətəndaşları xaricdə hüquqpozmaya yol verərlərsə, onların ölkəni tərk etməsi altı aydan üç ilə qədər müddətə qadağan oluna bilər.

Xüsusi bir müddəada o da qeyd olunur ki, Çin vətəndaşları mal və texnologiyalara dair ixrac nəzarəti tədbirlərini pozduqda və ya "milli texnoloji təhlükəsizliyə" təhdid yaratdıqda, onların xaricə getməsi qadağan edilə bilər.

Qaydalarda bildirilir ki, vizaların rəsmiləşdirilməsi və ya Çin sərhədini keçərkən yalan məlumatlar və ya saxta sənədlər təqdim edilərsə, xarici vətəndaşların ölkəyə girişinə bir ildən beş ilə qədər qadağa qoyula bilər.

Bununla yanaşı, qaydalar giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsində qanunsuz vasitəçilik xidmətlərinin göstərilməsi, əcnəbilər üçün saxta dəvətnamələrin hazırlanması, eləcə də müvafiq lisenziya olmadan bu cür qanunsuz fəaliyyətin təşkili üçün 5 mindən 50 min yuana (740-7 500 dollara qədər) qədər cərimələr nəzərdə tutur. Eyni zamanda xarici şirkətlər tərəfindən belə xidmətlərin göstərilməsi qadağandır.

Tarix
2026.09.15 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

İlham Əliyev Xankəndidən xalqa müraciət edir - Canlı yayım

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla