Yuxarı

Qarabağlılara nifrət artır: məhkəmə həbsdən imtina etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:54

Ermənistanda Qarabağdan gələn ermənilərə və siyasi xadimlərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, çağırış video-müraciət formasında 13 noyabrda edilib və sosial şəbəkələrdə geniş yayılıb. Daha sonra isə deputatlar da daxil olmaqla, Baş Prokurorluğa müraciətlər daxil olub və bu müraciətlər əsasında “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsi ilə cinayət işi qaldırılıb, həmin şəxs saxlanılıb.

Burda ən maraqlı məqam “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsidir. Başqa sözlə desək, təsadüfən istinad edilən maddə əslində mahiyyəti üzə çıxarır.

Məsələ ondadır ki, Ermənistanda yaşayan ermənilər qarabağlı erməniləri heç vaxt özlərininki saymır, onları “albanlardan (və ya azərbaycanlılardan) dönmə” hesab edirlər. Buna görə də vaxtaşırı olaraq onların arasında ciddi toqquşmalar yaşanır.

Əslində, Qarabağ erməniləri arasında özlərini alban və türk soyundan sayanlar da az deyil. Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Qarabağdakı ermənilərin “hay” olmadığını, köklərinin isə türk soyuna bağlı olduğunu bildirir.

Bunu bəzi erməni tarixçiləri də istisna etmirlər. Belə ki, alban kilsələrinin erməniləşdirilməsi zamanı müsəlmanlığı qəbul etməyən albanların erməniləşməsi prosesinin getdiyi də nəzərə alınmalıdır.

Qeyd edək ki, Ermənistanda yaşayan ermənilərlə Qarabağdakı ermənilər arasında fikir ayrılıqları son günlər daha da artıb. Az öncə Ermənistan vətəndaşı olan Anait Ovsepyan sosial şəbəkə hesabında Qarabağdan gələn bir erməni ailəni yazığı gəldiyi üçün qəbul etməsi, ancaq onun həyasızlıq edərək, qonaq olduğu evi özününkü sayması, ona etiraz edəndə isə ev sahibini təhqir etməsi barədə paylaşım etmişdi. Ovsepyan nəhayət, polisə müraciət edərək, Qarabağ ermənisini evindən qovmağa məcbur olduğunu bildirmişdi.

***

Məhkəmə qarabağlıları təhqir edən və onlara qarşı zorakılığa çağıran şəxsin həbsi üçün əsas görməyib və adı açıqlanmayan şəxs məhkəmə zalından azadlığa buraxılıb. Ancaq onun barəsində cinayət işinin davam etdirildiyi bildirilir.

Məhkəmənin bu qərarı isə birmənalı qarşılanmayıb. Bir çoxları hesab edir ki, Ermənistanda ermənilərin Qarabağdan olan ermənilərə nifrəti bitib-tükənməzdir və məhkəmə hakimi də Ermənistan ermənisi olduğu üçün belə bir qərar verib.

Xatırladaq ki, 2018-ci ildə Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələnən "inqilab" da 20 ildən çoxdur hakimiyyətdə olan "qarabağlı ermənilərə" nifrətin nəticəsi idi.

Tarix
2020.12.06 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə qardaşımızdır: elə bir yol açmalıyıq ki… - Pezeşkian

Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı

Blinkenin Əliyevə zənginin səbəbi – Nədən narahatdır?

Britaniyalı supermodel: Bakı səfərim əla keçdi

MN Deqati ilə görüş barədə məlumat yaydı

Bakı-İrəvan sülhü vacibdir, dəstək davam edəcək - Blinken

Əliyevdən Blinkenə: Bölgədə yeni reallıqlar yaranıb

Paşinyanla Kobaxidze sülh sazişindən danışdı

Blinken İlham Əliyevə zəng etdi

Keçmiş deputata 9 il həbs cəzası verilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla