Yuxarı

Trampa sui-qəsd cəhdi: şübhəliyə ittiham verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi prezidentliyə namizəd Donald Trampın həyatına ikinci sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rutu ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub. İttihamlara odlu silah saxlamaq və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaq daxildir.

Eyni zamanda, telekanal həbs məsələsi ilə bağlı dinləmənin sentyabrın 23-nə təyin edildiyini bildirib.

Qeyd edək ki, Trampa ikinci sui-qəsd cəhdi ötən gün olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən, təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb. Məxfi Xidmət dərhal qarşılıq verib. Rut ərazidən qaçmağa nail olsa da, uzaqlaşa bilməyib və həbs olunub.

Tarix
2024.09.16 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla