Yuxarı

İSESKO-nun baş direktoru Fəxri Xiyabanı ziyarət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Bu barədə Axar.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Şəhidlər Xiyabanına gələn İSESKO-nun Baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Qonaqları İSESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə müşayiət edib.

Tarix
2021.01.13 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla