Yuxarı

Bakı-Ankara-İslamabad əlaqələri... – “Arabnyus”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnyus” qəzetində Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda keçirdikləri üçtərəfli görüş, həmçinin İslamabad, Ankara və Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsi haqqında məqalələr dərc edilib.

Axar.az xəbər verir ki, “Azərbaycan və Pakistan örnək əməkdaşlığı genişləndirir” və “Pakistan, Azərbaycan və Türkiyə üçtərəfli görüşdə islamofobiya ilə mübarizə üzrə razılığa gəliblər” sərlövhəli məqalələrdə Bakı ilə İslamabad arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi, habelə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşünün yekunlarından bəhs edilir.

Qeyd olunub ki, üç İslam ölkəsi nazirlərinin birinci görüşü 2017-ci ildə Bakıda keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması, Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq nizama salınması, müdafiə və təhlükəsizlik, üçtərəfli ticarət, nəqliyyat, təhsil, turizm və informasiya texnologiyaları, bank-maliyyə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan başqa, Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyinin saytında İSESKO-nun Baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər, həmçinin təşkilatın nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəniyyət abidələrini ziyarət etməsi barədə material yayılıb.

Tarix
2021.01.15 / 09:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla