Yuxarı

Lavrov Qarabağa “status” mesajında nəyə işarə etdi? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Qarabağa “status” mesajında nəyə işarə etdi? - Video

12:08

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Qarabağ bölgəsinin statusu məsələsinə toxunaraq bildirib ki, 10 noyabr Bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaq. Yəni o, faktiki olaraq ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin heç vaxt olmadığını vurğuladı:

“Lavrovun açıqlamasında ən diqqətçəkən məqam Laçın dəhlizi ilə bağlı dedikləri oldu. Belə ki, o, Laçın dəhlizi üzərindən Ermənistanla Qarabağ arasında gediş-gəlişin Bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Yəni Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr Bəyanatına uyğundur.

Lavrovun bu sözlərindən həm də onu anlamaq olar ki, Ermənistan rəsmilərinin Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya Azərbaycan etiraz etmir. Halbuki Prezident İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistan xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini bildirdi”.

Politoloq bildirib ki, Azərbaycan XİN Lavrovun Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı çıxışına rəsmi səviyyədə reaksiya verməlidir:

“Yoxsa Ermənistandan kim istəsə, Qarabağa gələrək təxribatçı açıqlamalar verəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Qarabağa gələnlər maşınlarında silah-sursat daşımır? Bu kimi məsələlərə diqqət etmək çox vacibdir”.

Tarix
2021.01.19 / 14:36
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla