Yuxarı

Makronun Ərdoğanla təcili görüş istəyi - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makronun Ərdoğana yazdığı məktubda “Əziz Tayyib, gəlin danışaq! Videokonfranslarla bağlı cavabınızı səbirsizliklə gözləyirəm” sözləri diqqət çəkir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə Paris arasındakı münasibətləri normallaşdırmaq istəyi ilə bağlı yazdığı məktub haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Makronun Ərdoğanla NATO sammitindən öncə ikili formatda danışmaq istəməsi maraq doğurur:

“Bundan başqa, Zirvə toplantısında da iki lider arasında danışıqların təşkili üçün işlər aparılır.

Rəsmi Paris son illərdə Türkiyəni özü üçün təhlükə, rəqib kimi görürdü. Halbuki Türkiyə də Fransa kimi NATO ölkəsidir və rəsmi Paris qədər alyansa faydaları var. Xüsusilə Aralıq dənizi, Liviya, Suriya məsələlərində tərəflərin üz-üzə gəlməsi və Fransanın antitürk siyasəti iki ölkənin münasibətlərində uzun müddətdir soyuqluq yaradıb. Lakin bununla belə, Fransanın Türkiyə ilə münasibətləri bərpa edəcəyi bəlli idi. Çünki Makronun yeritdiyi xarici siyasət yanlış idi və Türkiyə ilə aqressiv siyasət aparmağın heç bir mənası yoxdur. Türkiyə bu kimi təhdidlərin qarşısında geri çəkiləcək ölkə deyil. Axır ki, Fransa da bunu anladı.

O ki qaldı Makronun Ərdoğana göndərdiyi məktuba, həqiqətən də maraqlı məqamlar var. Xüsusilə Fransa Prezidentinin israrla NATO sammitindən əvvəl Ərdoğanla görüşmək istəməsi insanın ağlında “Ərdoğan sammitdə Fransa əleyhinə nəsə deyəcəkdimi?” və ya “daha ciddi bir fakt varmı” sualını gətirir. Təbii ki, bu, bir versiyadır. Lakin dəqiq olan bir şey var – Makronun Ərdoğanla tezliklə görüşmək istəməsi təsadüfi deyil”.

Tarix
2021.01.20 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla