Yuxarı

Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu rusiyalı jurnalist Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan sakinləri birlik və yekdillik hiss edir ki, bunu da bir millətin yenidən doğuşu adlandırmaq olar:

"İnanılmaz vətənpərvərlik coşğusu. Bir tərəfdən orada ölənlər çox idi, digər tərəfdən qələbə əldə olunduğu üçün mən bir millətin doğuşu adlandırıla biləcək situasiyaya düşmüşdüm. Hər millətin özünü vahid bir subyekt kimi hiss eləməsi üçün keçməli olduğu iki məqam var: onlardan biri ümummilli faciədir (bu faciə 1992-ci ildə Qarabağ oldu), digəri isə ümumi qələbədir. Bu, yalnız etnik əhali üçün deyil, həm də ruslar, yəhudilər və s. - bütün azərbaycanlılar üçün izah ediləbilməz bir hissdir. Çoxları ilə danışdım, hamıda hansısa inanılmaz bir olayın yaşandığı hissiyyatı var idi. Bununla belə, qələbə göydən düşməmişdi, onu haqq eləmişdilər, onu qazanmışdılar. Açıq deyim, mənə yalnız həsəd aparmaq qalırdı”.

Analitikin fikrincə, Azərbaycanda rus sülhməramlılarına münasibət bütövlükdə müsbətdir:

“Azərbaycan sakinləri başa düşürlər ki, onlar gəlməsəydi, bölgədə daha çox sayda qurbanlar olardı. Azərbaycan müharibəni tam qələbə ilə başa vura bilərdi və tərəfləri ayırmağa ehtiyac da qalmazdı. Ermənilər savaşda sarsıdıcı hərbi məğlubiyyətə uğradılar. Sadəcə sarsıdıcı. Problem ondadır ki, əgər Azərbaycan məsələni sona çatdırsaydı, erməni tərəfdən əlavə on minlərlə erməni öldürüləcək və minlərləsi də əsir olacaqdı. O zaman indi ortaya çıxan qarşılıqlı əməkdaşlıq üçün fürsət qalmazdı. Qurbanların sayı məsələsində elə bir hədd var ki, o həddi keçməz olmaz. 40 min mülki şəxs Kəlbəcərlə Şuşa arasındakı buz “qazanı”nda qalmışdı. Heç kim onların qidasının qeydinə qalmaz, insani bir fəlakət yaşanardı. Düşünürəm ki, ona görə də Azərbaycan Prezidenti İlham Əliyev rus sülhməramlılarının ora gəlişini alqışladı. Bu qüvvələr oradakı əhali üçün məsuliyyəti öz üzərlərinə götürdülər. Və bu bizə dinc formata keçməyə imkan verdi”.

Jurnalist həmçinin nəqliyyat dəhlizinin açılmasının Rusiyaya da xeyir gətirəcəyinə inanır:

“Azərbaycanın İranla sərhəddə azad etdiyi cənub əyalətlərindən keçən bu nəqliyyat dəhlizi Putin üçün sadəcə, qurtuluşdur. Ona görə ki, bu, İpək Yolunun tamamlanması deməkdir, yalnızca Azərbaycan ərazisindən keçən bir dəmiryol yox”.

Ekspertin fikrincə, Azərbaycanda Ermənistandan tərəfdən revanşla bağlı narahatlıq yoxdur.

“Bunun əvəzində Dağlıq Qarabağda qala biləcək erməni radikalları tərəfindən mümkün bir terror hücumu təhlükəsi var. Erməni qüvvələrinin məğlubiyyəti o qədər total xarakterlidir ki, qarşı tərəfin revanşı ilə bağlı bir əndişə yoxdur. Onlar (azərbaycanlılar –red.) terrorizmdən ehtiyat edirlər”, - Şevçenko sonda vurğulayıb.

Tarix
2021.01.22 / 23:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla