Yuxarı

Ermənilər bu xanımı şərləməyə başladı – Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu xanımı şərləməyə başladı – Bəyanat

Norveçdə yaşayan Azərbaycan əsilli Norveç vətəndaşı, CAN təşkilatının rəhbəri Şervin Nəcəfpurun Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çadırmasına qarşı erməni lobbisi tərəfindən təhdid edilməsini qəti şəkildə pisləyirik.

Bu barədə Müvəkkil Hüquq Mərkəzindən Axar.az-a daxil olan bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, bu, Şervin Nəcəfpurun fəaliyyətinə qarşı davamlı həyata keçirilən təhdidlər seriyasındandır:

“44 günlük Vətən müharibəsi dönəmində CAN təşkilatı Norveç mətbuatında məqalələr dərc etdirib, Qarabağ müharibəsinə dəstək məqsədi ilə aksiyalar keçirib, həmçinin Oslo şəhərində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırıb. Onun bu fəaliyyəti Norveçdəki erməni lobbisini təşvişə salıb. Ermənilər S.Nəcəfpur haqqında iftra və qarayaxmalarla dolu bir neçə məqalə dərc ediblər. Bundan başqa onun təmsil olunduğu Mühafizəkarlar Partiyasından təcili uzaqlaşdırılması üçün çağrışlar edilməkdədir”.

Bəyanatda Azərbaycan və Türkiyə diaspor təşkilatları, dövlət qurumları, həmçinin hər iki dövlətin diplomatik korpusunun əməkdaşlarına Şervin Nəcəfpura qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün birgə fəaliyyət üçün çağırı edilib.

Tarix
2021.01.27 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla