Yuxarı

Prezidentin “ağıllı şəhər və kənd” hədəfi: necə olsun?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin son zamanlardakı rəsmi qəbullarına diqqət yetirdikdə görmək olar ki, işğal olunmuş ərazilərin gələcək infrastrukturu əsas müzakirə predmetidir. Bu müzakirələrdə işğaldan azad olunan ərazilərdə “yaşıl zona”nın yaradılması, “ağıllı şəhər və kənd” infrastrukturunun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur. Artıq Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə iştirakı gözlənilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib. O bildirib ki, yaxın zamanlarda bu sahədə çox ciddi işlərə başlanılacaq:

“Düşünürəm ki, aidiyyəti qurumlar, NRYTN, ASAN Xidmət və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır. Maraqlı tərəflərlə xarici ekspertləri də dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə , “ağıllı şəhər və kənd” infrastrukturu uzunmüddətli “Rəqəmsal Azərbaycan” konsepsiyasının tərkib hissəsi olmalıdır. Odur ki, adı çəkilən qurumlar ilk öncə “Rəqəmsal Azərbaycan” konsepsiyasını ortaya qoymalıdır. Ölkənin bütün sahələrinin, dövlət və özəl sektorun, bütövlükdə cəmiyyətin rəqəmsal transformasiyası, ölkə üzə İT-arxitektura, e-gov və regional e-gov sisteminin gələcək inkişafı bu sənəddə öz əksini tapmalıdır”.

O.Gündüz onu da qeyd edib ki, rəqəmsal transformasiya ilə bağlı nazirliyin və ya agentliyin mövcud strukturunda ayrıca yeni mərkəzin yaradılması və “yaşıl zona”, “ağıllı şəhər və kənd” layihələri ilə bağlı əlaqələndirici qurumun formalaşdırılması doğru addım olar:

“Uzun illər formalaşmış hüquqi normativ baza rəqəmsal transformasiyaya və e-gov tələblərinə uyğunlaşdırılmalıdır. Bu sahədə uğur qazanan ölkələrin təcrübəsinə baxanda görmək olar ki, yüzlərlə qanun və qərarlara dəyişiklik və əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq “ağıllı şəhər və kənd” layihəsinin icra olunacağı pilot ərazilər, “ağıllı” formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri və emal mərkəzləri müəyyən olunmalıdır”.

Tarix
2021.02.10 / 13:44
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla