Yuxarı

Paşayeva TET nümayəndə heyəti ilə görüşdü – Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva TET nümayəndə heyəti ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın Beynəlxalq İnvestisiya şirkəti TET-in direktoru Taro Savadanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycan-Yaponiya əlaqələrindən danışan Q.Paşayeva TET-in Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən deputat seçildiyi Tovuz rayonunda həyata keçirdiyi sosial layihələr, investisiya qoyuluşları barədə məlumatlı olduğunu bildirib. Görülən işlərə görə cənab Savadaya təşəkkür edən Q.Paşayeva iki dost ölkə arasında, mədəniyyət sahəsi də daxil olmaqla, müxtəlif əməli fəaliyyət sahələri üzrə bağların güclənməsindən məmnunluğunu ifadə edib.

Yaponiyaya səfəri və bu gözəl, maraqlı ölkə haqqında kitab yazdığını bildirən Q.Paşayeva kitabda iki ölkə arasındakı münasibətlərdən də geniş bəhs olunduğunu vurğulayıb.

Görüş üçün təşəkkür edən T.Savada Azərbaycanın bölgələrində açılan və açılması nəzərdə tutulan müəssisələr, o müəssisələrdə gender bərabərliyinin yüksək səviyyədə gözlənilməsi, bölgə əhalisinin sosial-mədəni istəklərinin nəzərə alınması və hər yerdə korporativ məsuliyyət fəlsəfəsinə uyğun davrandıqlarını deyib.

44 günlük Vətən müharibəsinə toxunan cənab Savada rəhbəri olduğu şirkətin, şəxsən özünün Yaponiyada Azərbaycan həqiqətlərinin təbliğ edilməsində maraqlı olduğunu bildirərək, özünün bu sahədə atdığı addımlardan danışıb, Azərbaycana sevgisini ifadə edib.

Görüşdə qeyri-neft sektorunun inkişafı, insan kapitalı, mədəniyyətyönümlü layihələr, Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması, Qarabağda quruculuq, abadlıq dönəminin başlanması və bunların yaratdığı yeni imkanlar barədə də fikir mübadiləsi aparılıb.

Q.Paşayeva tanınmış rəssam Sabir Çopuroğlunun neftlə işlənmiş əsərini hörmətli qonağa bağışlayaraq, “Bu, maddi sərvətin sənətə çevrilməsinin gözəl örnəyidir, ümidvaram ofisinizdə öz layiqli yerini alacaqdır” deyib. Eyni zamanda "Xarı bülbül" rəsm əsərini də Yaponiya nümayəndə heyətinə təqdim edərək Qarabağın, Şuşanın zəngin mədəniyyəti barədə də geniş məlumatlar verib.

Görüşdə “MÜSİAD-Azərbaycan”ın İdarə heyətinin sədr müavini Rəşad Cabirli də iştirak edib.

Tarix
2021.02.21 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hərbi parad keçirildi - Video

İlham Əliyev Hərbi paradla bağlı paylaşım etdi - Foto

Onlar bizi yeni müharibə ilə hədələyirdilər...

1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...

Qarabağ Azərbaycandır! Bu həqiqət... - Fidan

Türkiyə PA Bakıdakı hərbi paraddan görüntülər paylaşdı - Foto

Ordumuzun yeni texnikaları hərbi paradda... - Foto

Türkiyənin F-16 qırıcıları da Bakı səmasında

"Bayraqdar Akıncı" PUA-sı Bakı səmasında

Bakıdakı hərbi paradda JF-17 qırıcıları nümayiş olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla