Yuxarı

Ordumuz Xankəndinin girişində buna görə dayandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Xankəndinin girişində buna görə dayandı

Ehtimallar hər zaman bizi düşünməyə vadar edir. Misal üçün Azərbaycan 44 günlük müharibədə düşməni ağır məğlubiyyətə uğratdı. Lakin fərqli ssenarilər, nəticələr, bu nəticələrin yaradacağı alternativ gələcək haqda insan istər-istəməz düşünməli olur. Bu mənada düşünürəm ki, politoloq Zərdüşt Əlizadənin son yazısında sərgilədiyi yanaşmalar həm maraqlı, həm də düzgündür.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Zərdüşt Əlizadə Meydan TV-də dərc olunan məqaləsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Z.Əlizadənin fikirlərini və proqnozlarını alternativ reallıqları tam mənasında əks etdirir:

“Xüsusilə Azərbaycan Ordusunun Xankəndiyə niyə daxil olmaması haqda yanaşma yerində və doğrudur. Bu gün təəssüf ki, əksər müxalif düşüncəli şəxs bu sualı verir: Azərbaycan Ordusu niyə Xankəndiyə daxil olmadı?

Bu sualı verənlər öncə bunun mümkünlüyünü, daha sonra nəticələrini düşünməlidir. Yəni sual xətrinə sual vermək hünər deyil. Azərbaycan Ordusu Şuşa şəhərini dünya hərb tarixinə düşəcək bir ustalıq və peşəkarlıqla geri aldı. Xankəndi ilə Şuşa arasındakı məsafə çox qısadır. Digər tərəfdən, Xankəndi Şuşa kimi coğrafi baxımdan alınması çətin deyildi.

Yəni Xankəndi Şuşadan daha tez alına bilərdi. Bəs niyə alınmadı? Düşünürəm, burada Zərdüşt Əlizadənin yanaşması məntiqli və realdır”.

Politoloqun sözərinə görə, Xankəndi, Xocalı və Xocavəndin hərbi yolla alınmaması bu ərazilərin işğal altında olduğu mənasına gəlmir:

“Tarixə nəzər salsaq, türklər dəfələrlə şanlı zəfərlər qazanıb, lakin bu zəfəri diplomatiya masasında itirib. Tarix ondan dərs çıxaranları sevir. Qarabağ münaqişəsi böyük ölçüdə həll edilib - həm hərbi, həm də diplomatik qələbəmiz ilə. Lakin 100 faizlik nəticə heç vaxt yalnız müharibədə əldə edilmir. Buna görə də deyə bilərik ki, bu günə qədərki proseslər rəsmi Bakının maraqlarına uyğundur. Bu uğuru və üstünlüyü əldə saxlayaraq siyasi və diplomatik müstəvidə ardını gətirməliyik”.

Tarix
2021.02.24 / 22:17
Müəllif
Turan Rzayev
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla