Yuxarı

MQ-nin “qəfil gecə bəyanatı”nın səbəbi - Zülfüqarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
MQ-nin “qəfil gecə bəyanatı”nın səbəbi - Zülfüqarov

ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı son bəyanat yalvarışa bənzəyir. Həmin bəyanatdan bu nəticəyə gəlmək olar ki, onlar işsiz qalmamaq üçün “fəaliyyət”lərinə davam etmək istəyirlər.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) ötən gün axşam saatlarında yaydığı bəyanat haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, artıq hər kəs yaxşı başa düşür ki, ATƏT-in Minsk Qrupunun regionda görəcəyi bir iş qalmayıb:

“Rusiya və Türkiyənin prosesdə aktiv rol oynaması bir növ Qərbin kənarda qalmasına gətirib çıxarıb. Təbii ki, indiki halda Qərb də prosesə qayıtmaq istəyir. Rusiyaya gəldikdə deyə bilərəm ki, onun mövqeyi bir az fərqlidir. Çünki rəsmi Moskva həm ATƏT-in Minsk Qrupu həmsədridir, həm də Türkiyə ilə birlikdə yeni formatda iştirak edir. Yəni Kreml üçün Minsk Qrupunun olub-olmamasının elə də bir fərqi yoxdur.

Təbii ki, bundan sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin nələr edə biləcəyi məsələsi var. Həmsədrlər insanların öz evlərinə qayıtması, humanitar məsələlərlə məşğul ola bilərlər. Təbii ki, buna rəsmi Bakı icazə verməlidir”.

Tarix
2021.04.14 / 15:28
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla