Yuxarı

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Axar.az xəbər verir ki, nazirlər arasında təkbətək formatda başlayan görüş daha sonra geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşdə Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Serbiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, xüsusilə də dövlət rəhbərləri arasındakı mehriban münasibətlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan və Serbiya münasibətlərinin təməlində beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə hörmət və riayət dayandığı ifadə olunub.

Nazir Nikola Selakoviç Azərbaycanı yalnız strateji tərəfdaş deyil, səmimi və açıq dostluq münasibətlərinin bölüşüldüyü ölkə kimi qiymətləndirdi. Nazir Selakoviç Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə məmnunluqla istinad edib. O, beynəlxalq hüquq öhdəliklərimizi və bölüşdüyümüz dəyərləri qeyd edərək, hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.

Nazirlər, ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar, turizm və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının, onun ardınca isə

Azərbaycan-Serbiya biznes forumunun Bakıda keçiriləcəyi qeyd olunub, bu tədbirlərin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyindən inam ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan post münaqişə mərhələsi barədə, o cümlədən azad olunmuş ərazilərdəki vəziyyət, mina təhlükəsi, həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında məlumat verib. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının zəruri olduğunu bildirib.

Nazirlər Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu ilin oktyabr ayında Belqrad şəhərində Hərəkatın ilk zirvə görüşünə ev sahibliyi edən ölkə qismində Serbiya, Hərəkatın hazırkı sədri qismində Azərbaycan tərəfindən tədbirin təşkil ediləcəyini və bu xüsusda aparılan hazırlıq işlərini məmnunluqla qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix
2021.07.26 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla