Yuxarı

Üç qardaş ölkənin Bakıda nəhəng addımı - Mahmud Həsən

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç qardaş ölkənin Bakıda nəhəng addımı - Mahmud Həsən

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ilk üçtərəfli görüşü üç ölkə arasında həqiqi qardaşlıq münasibətlərini açıq şəkildə dünyaya bəyan edir. Bakı Bəyannaməsinin imzalanması həqiqətən ikitərəfli və üçtərəfli əlaqələrin iqtisadi, siyasi, xalq diplomatiyası, mədəniyyət, təhsil və digər sahələrdə gücləndirilməsi istiqamətində atılmış nəhəng bir addımdır.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan və MDB ölkələri üzrə pakistanlı mütəxəssis dr. Mahmud Həsən deyib.

Ekspertin sözlərinə görə, bölgədə və dünyada geosiyasi və geostrateji proseslər çox dinamik şəkildə dəyişir. Bakı Bəyannaməsi bütün bu dəyişikliklərə, eyni zamanda bölgədə müxtəlif ssenarilər üzərində işləyən güclərə adekvat cavabın verilməsində böyük önəmə sahibdir:

“Dünyada və bölgədə geosiyasi və geostrateji durumun çox sürətlə dəyişməsinin şahidi oluruq. Əlbəttə, müxtəlif güclər bütün bu proseslərdən faydalanmaq üçün fərqli ssenariləri səhnələşdirməyə çalışır. Beləliklə, gedən dəyişikliklərə və edilən həmlələrə qarşı təcili və adekvat cavab vermək, addımlar atmaq ehtiyacı yaranır. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü doğru zamanda doğru istiqamətdə, doğru bir addım kimi görünür. Ümid edirəm ki, Bakı Bəyannaməsi üçtərəfli münasibətlərin institutlaşması baxımından da mühüm rol oynayacaq”.

Tarix
2021.07.28 / 12:43
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla