Yuxarı

XİN rəhbəri Fransa rəsmisinə erməni terrorundan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Axar.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. Ötən il ərzilərimizin hərbi-siyasi yolla azad edildiyini qeyd edən nazir, əsas diqqəti Ermənistanın ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəldib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin Etibarlılığının yalnız 25 % təşkil etdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu günədək 167 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 33 nəfərin həlak olduğu qeyd edilib, həlak olanlar arasında 2 nəfər jurnalistin olduğu vurğulanıb.

Nazir, həmçininn işğalan azad olunmuş ərazilərdəki vəziyyət, burada Ermənistan tərəfindən törədilmiş, urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib. Eyni zamanda Fransa nümayəndə heyətinə Azərbaycan Hökuməti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlər, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat təqdim edilib.

Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının nümayəndə heyəti qəbula görə təşəkkür edərək, fəaliyyətləri barədə məlumat veriblər. Komissiyanın Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyəti ifadə edilib.

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2021.10.15 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla