Yuxarı

Bayramov Əlcəzair səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Əlcəzair səfiri ilə görüşdü

Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, Əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib.

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.

Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tarix
2021.10.25 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident

Prezident işdən çıxarılan başçıdan danışdı

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... - Ərdoğan

Mənim üçün Azərbaycan məhz o torpaq idi - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla