Yuxarı

Manat Ermənistan bazarına daxil olur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda gündəm Gorus-Qafan yolunun Azərbaycan ərazisində düşən Eyvazlı-Çəmənli hissəsində gömrük məntəqəsinin qurulmasıdır: 11 noyabr tarixindən etibarən bu yoldan keçən erməni maşınlar da rüsum ödəməli olacaqlar.

Ermənistan hakimiyyəti vətəndaşlarına alternativ Qafan-Aqvani-Tatev yolundan istifadə etməyi tövsiyə edir. Paşinyan bildirir ki, alternativ yoldan özü istifadə edib, hər şey qaydasındadır. Lakin əlavə edir ki, hazırda qoşqulu maşınların keçidi çətindir, bunun üzərində iş aparılır.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd edir ki, Eyvazlı-Çəmənli yolundan istifadə etmək istəyənlər müəyyən ödəniş etməli olacaqlar.

Yolda gömrük məntəqəsinin qurulmasının üç mümkün nəticəsi ola bilər:

Birincisi, üç kəndin - Şahverdilər (Vorotan), Şurnuxu və Bərdzrəvan - təxminən 700 nəfər olan əhalisinin bu yoldan istifadə etməyə məcbur olmasıdır: kəndlərin Paşinyanın təklif etdiyi alternativ yola çıxış imkanları məhduddur;

İkincisi, Eyvazlı-Çəmənli yolundan istifadə edən ermənilərin ödənişi hansı valyuta ilə etməsidir: dollar, yaxud manatla olacaq; erməni ekspertlər qeyd edir ki, Azərbaycan manatla ödənişə məcbur edə bilər və bu, Azərbaycan valyutasının Ermənistana daxil olması ilə nəticələnə bilər;

Əslində ermənilər üzərində təsir imkanlarının artırılması baxımından manatla ödəniş ən unikal variantdır.

Üçüncüsü, Ermənistanın Eyvazlı-Çəmənli yolu istiqamətində sərhədin delimitasiyasını qəbul etməsidir.

Tarix
2021.11.11 / 17:03
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla