Yuxarı

XİN rəhbəri Argentina səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri Argentina səfiri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Axar.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən nazir, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Nazir səfir Serxio Osvaldo Perez Qunellanın Azərbaycan üçün tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə, nəhayət ki, bölgədə davamlı sülh və əməkdaşlığın qurulması üçün fürsətin və yeni əməkdaşlıq imkanlarının yarandığını vurğulayıb və bu xüsusda, Azərbaycanın beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılması və revanşizmin qəbuledilməsizliyi ilə bağlı mövqeyini səsləndirib.

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, o cümlədən pandemiyaya rəğmən ticarət əlaqələrində artımın müşahidə edilməsindən məmnunluqla bəhs edib. Fəaliyyəti müddətində iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, habelə insanlar arasında təmasların yaradılmasına xüsusi önəm verdiyini söyləyən səfir, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində səylərin əsirgənilməyəcəyinə inam ifadə edib.

Tərəflər, həmçinin iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tarix
2021.11.23 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

AXCP-nin daha bir üzvü DTX-yə aparıldı

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla