Yuxarı

Rusiya Laçında yol çəkir: kimə, niyə, nə üçün? - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:01

Əsla düşünməyin ki, Rusiyanın güzəştə getməsindən bir dəfə istifadə edəndən sonra bundan daima faydalana biləcəksiniz. Ruslar həmişə əldən verdiklərini geri qaytarırlar. Və onlar gələndə imzaladığınız anlaşmalara güvənməyin. Həmin anlaşmalar yazıldıqları kağıza belə dəyməz.

Otto fon Bismark əsrlər əvvəl belə demişdi və tarix göstərir ki, onun sözləri aktuallığını itirməyib.

...Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Körpü Həkəri çayı üzərindədir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın rayonunun və eyniadlı şəhərin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçməsinə 1 il 10 ay qalıb.

Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət çərçivələrindən kənara çıxan məqamlardır.

Rusiyalı sülhməramlılar özlərini az qala yerli məkanın sahibləri, siyasi arbitrlər kimi aparır və ən başlıcası, yerli ermənilərə istisnasız olaraq bütün sahələrdə tam dəstək verərək onlarda bir sıra illüziyaların yaranmasına səbəb olurlar.

Bütün bunlarla yanaşı, Xankəndidə, Əsgəranda, Ağdərədə, Xocalıda ermənilərin yeni mövqelər qurub inşa etmələrinə, iriçaplı atıcı silahlar və zirehli texnika, hətta tanklarla "təlim"lər keçməsinə məhz rusiyalı sülhməramlılar rəvac verirlər.

Yaşananlar üçtərəfli bəyanatın şərtlərinin çox kobud şəkildə pozulması, Azərbaycan vətəndaşlarının həyatları və təhlükəsizliyi üçün real təhdidlərin formalaşmasıdır.

Tarix
2022.01.28 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla