Yuxarı

Paşinyan “Qarabağ oyunu” qurub - Bakının cavabı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur: sülh sazişində Qarabağ məsələsi də yer alsın, yoxsa ayrıca məsələ kimi baxılsın?!

Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.

Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq İrəvanın “status” mövqeyini gücləndirə bilər.

Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğv edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər.

Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb.

İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini də gücləndirəcək.

Tarix
2022.05.26 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla