Yuxarı

Klan savaşı: Ermənistan qan gölünə çevriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klan savaşı: Ermənistan qan gölünə çevriləcək

Hazırda Ermənistanda hökm sürən gərgin ictimai-siyasi vəziyyəti nəzərə alsaq, ölkəni qarşıda ağır günlərin gözlədiyini söyləmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, rəsmi İrəvan mövqeyini dəyişməsə, ölkənin vəziyyəti daha da pisləşəcək:

"Sərkisyan başda olmaqla, hakimiyyəti əlində saxlayan hərbi xunta insanları fəal siyasi fəaliyyətdən və sosial etirazlardan çəkindirmək və ölkədə xof yaratmaq üçün terror aktları və fiziki təzyiqlərə əl atmaqdan çəkinməyəcəklər. Digər tərəfdən isə ölkənin siyasi elitasi arasında vəziyyət çox gərginləşib. Hazırda Qarabağ, İrəvan klanı, qərbpərəst, ruspərət və Azərbaycanla kompromisə getməyi tələb edən qüvvələr var ki, onlar arasında ixtilafların böyüməsi fonunda Ermənistanda yenidən gülləbaran və siyasi qətliamların şahidi ola bilərik".

Politoloqun sözlərinə görə, 2017-ci il seçkilərinə qədər Ermənistanda vəziyyət sabitləşməyəcək:

"Qarabağ məsələsində heç cür kompromisə getməyən Sərkisyan blokada vəziyyətindən çıxa bilməyəcəklərini öncədən bilirdi. O, sırf bu üzdən konstitusiya referendumuna əl atsa da, etirazlar səngimək bilmir. Qarşıdurma meyilləri gücləndikcə ölkədə müxtəlif qruplar, xüsusilə də hakimiyyətin qulluğunda duran özbaşına qüvvələr kimlərisə aradan götürməyə çalışacaqlar. Bir sözlə, Ermənistan suverenliyinin tam itirilməsi təhlükəsi ilə üz-üzədir".

Tarix
2015.09.19 / 09:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Üç qardaş bir arada - Foto

İlham Əliyev Şahbaz Şəriflə görüşdü - Foto

Azərbaycan-AB arasında görüş: Mühüm irəliləyiş...

Bölgənin problemlərini yalnız bu cür həll etmək mümkündür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

İlham Əliyev Şara ilə görüşdü - Foto

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla