Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyev Sofiyada biznesmenlərlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:14

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Bolqarıstana rəsmi səfərim zamanı bu ölkədəki biznes icması ilə tanış olmaq fürsəti əldə etdiyimə görə şadam. Bu görüşə gəldiyinizə görə sizə təşəkkür edirəm. Əvvəlcə demək istəyirəm ki, bu gün Prezidentlə apardığım müzakirələrdən çox razıyam. Biz ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq. Biz qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür. Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız. Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.

Bu görüşdə iştirakınız üçün bir daha minnətdaram.

Sonra çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Həmçinin Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verilib.

Tarix
2022.09.30 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev mərasimdə iştirak etdi - Foto

İrəvanın öhdəliklərini yerinə yetirməməsi… - Nazir

Xocalıda sülhməramlılarla danışıqlar başa çatdı - Video

Prezident İqor Babuşkini qəbul etdi

Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

Bakı Laçın dəhlizindəki posta bu yolla nəzarət edəcək

İrəvanın “Almatı” istinadı: Rusiya bu bəyanatı çoxdan pozub

Türkiyə Azərbaycanın bu layihədə iştirakını istəyir

Güney Azərbaycan da tətil aksiyasına qoşuldu

Sülhməramlılar “Z” işarəsindən niyə istifadə edir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla