Yuxarı

Paşinyan bir neçə meydanda “rəqs edir” – General

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan bir neçə meydanda “rəqs edir” – General

Ermənistan çox təhlükəli şəkildə oyun oynayır. Həm ABŞ, həm ATƏT, həm AB, həm Rusiya, həm Fransa, həm də İranla rəqs edir.

Bu sözləri Axar.az-a Ermənistanın Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General rəsmi İrəvanın iki əsas məqsədinin olduğunu vurğulayıb:

“Ən son Soçi görüşündə tərəflər silahlı toqquşmalardan çəkinməklə danışıqlar yolu ilə problemləri həll etmək üçün növbəti dəfə razılığa gəldi. Lakin son 3-4 gündür ki, Kəlbəcər istiqamətində Azərbaycanın mövqeləri atəşə tutulur. Burada iki əsas məqsəd var: Birincisi, rus sülhməramlıların öz vəzifələrini yerinə yetirə bilmədiyini, regiondan kənar beynəlxalq qüvvələrin sərhədə yerləşdirilməsinə ehtiyac olduğu görüntüsünü yaratmaqdır. İkincisi, Azərbaycanı tələyə salmaq və ona işğalçı, təcavüzkar damğasının vurulmasına nail olmaqdır. Lakin bu çox təhlükəli bir rəqsdir. Ermənistanı idarə edənlər belə çoxtərəfli oyun oynamaq qabiliyyət və gücünə sahib deyil. Əhali aclıq içində çırpınır, ölkə kənardan gələn yardımlarla dolanır, ancaq ordunun silahlandırılmasından danışırlar. Azərbaycan Ordusu bütün təxribatların cavabını verəcək gucdədir. Qarşıdan Şanlı Qələbənin 2-ci ili gəlir. Türkiyə və Azərbaycan Ermənistanı sülhə çağırır. Ermənistan odla oynayır. Odla oynayanın da sonu həmişə odda yanmaq olur”.

Tarix
2022.11.06 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla