Yuxarı

Bayramov Peter Siyarto ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycanla Macarıstan arasında münasibətlərin strateji səviyyəsindən, hazırda bir sıra istiqamətlərdə ikitərəfli və regional əlaqələrin qarşılıqlı əsasda genişlənməsindən, yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin artmasından məmmunluq ifadə olunub.

Görüşdə tərəflər, iki ölkə arasında siyasi, ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb, bu və digər istiqamətlərdə əlaqələrin daha da dərinləşməsinə dair ortaq maraqlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin çoxtərəfli əməkdaşlıq platformaları, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq dinamikasının gələcəkdə də davam etdirilməsinə razılıq bildiriblər.

Nazir C.Bayramov öz həmkarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb və Macarıstan tərəfinin işğaldan azad edilmiş ərazilərdə səylərə töhfə vermək niyyətinə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib, mümkün bütün platformalarda təmasları davam etdirməyi qərarlaşdırıblar.

Tarix
2022.12.02 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla