Yuxarı

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə Axar.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S.Berdiməhəmmədov dost və qardaş ölkələr olan Türkmənistan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını ifadə edib.

Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında qədim tarixə malik münasibətlər dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. O, yüksək səviyyəli rəsmi səfərlərin bu münasibətlərə töhfələrini qeyd edib. Həmçinin, dost ölkələrimizin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən spiker Sahibə Qafarova Türkmənistana Milli Məclisin sədri kimi ilk dəfə səfər etdiyini diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Sahibə Qafarova bu illər ərzində dost ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edərək, bir çox sahələri əhatə etdiyini vurğulayıb.

O, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən olan qanunvericilik orqanları arasında münasibətlərimiz haqqında məlumat verərək, qeyd edib ki, parlamentlərimiz səmərəli əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları mövcuddur və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyəti əlaqələrin inkişafına töhfə verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Tarix
2022.12.08 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla