Yuxarı

Abdullayeva: Hər dəfə saziş imzalamağa yaxınlaşanda...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullayeva: Hər dəfə saziş imzalamağa yaxınlaşanda...

Azərbaycanın mövqeyi belədir: ərazi bütövlüyümüzü qorumaq və Ermənistanla sülh müqaviləsi imzalamaq. Biz bu gün Xankəndidə yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük və hər bir ölkə vətəndaşı kimi, onlara da hüquq və azadlıqları təmin edən Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Axar.az xəbər verir ki, bunu Fransanın “Revue Conflits” saytına müsahibəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.

Səfir bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib:

"Ölkəmiz sülh müqaviləsinin imzalanmasını təklif etdi, biz müharibədən əvvəlki irsin kütləvi şəkildə məhv edildiyini aşkar etdikdə bu, asan qərar deyildi. Mən bu məqamı ona görə qeyd edirəm ki, hər kəsin aydın təsəvvürə malik olması vacibdir ki, üçtərəfli saziş imzalanandan ertəsi gün Azərbaycan bilirdi ki, iki ölkə arasında sülhün imzalanması haqqında belə tez danışmaq heç də asan deyil.

Azərbaycan və Ermənistan liderləri son iki ildə bir neçə dəfə görüşdülər, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüşlər oldu. Liderlərin son görüşləri Brüssel, Praqa və Soçidə keçirilib.

Ötən il hər iki ölkə sülh sazişinə nail olmağa yaxın idi. Təəssüflər olsun ki, hər dəfə iki ölkə saziş imzalamağa yaxınlaşanda bir hadisə (erməni təxribatları) bu imzalanmaya əngəl törədir. Məsələn, sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Ermənilər Azərbaycan ərazilərində minalar basdırmağı planlaşdırırdılar, ona görə də biz bu təcavüzə reaksiya verərək, ermənilərin Azərbaycanın mülki əhalisini hədəfə almaq üçün istifadə etdiyi, demarkasiya edilməmiş sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirdik".

Tarix
2023.01.24 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla